Elxanın saytına xoş gəlmisiniz
Qəlbdən yazılan söz heç vaxt itməz.

Ağdam

Köçəri quşları gətirib soraq,
Solubdur dərəsi, düzü Ağdamın..
Bəxtinə qarğıyır hey ağlayaraq -
Sönübdür ocağı, közü Ağdamın,
Yollardan çəkilmir gözü Ağdamın..!

Nəğmələr oxuyan dili susubdur,
Kükrəyən, çağlayan seli susubdur,
Bülbülü susubdur, gülü susubdur –
Daha çiçək açmır yazı Ağdamın,
Yollardan çəkilmir gözü Ağdamın..!

Ayı pərik düşüb, günəşi çıxmır,
Xaçını quruyub, Qarqarı axmır,
Buludu ağlamır, şimşəyi çaxmır –
Silinir-silinməz izi Ağdamın,
Yollardan çəkilmir gözü Ağdamın..!

Xəyallar ruhuna bir sığal çəkir,
Oyanıb gözünü yollara dikir..
Ümidi tükənir, yerə diz çökür –
Yenə dönmür bizdən üzü Ağdamın,
Yollardan çəkilmir gözü Ağdamın..!

Bala həsrətidir burnunda tüten,
Dar gündə olmadıq hayına yetən..
Türkə yaraşarmı yarımçıq Vətən –
Niyə ahı tutmur bizi Ağdamın?
Yollardan çəkilmir gözü Ağdamın..!

Afiq Ağdamlı

Dönməsəm arxamca ağlama, ana!

Buluda qərq olub göylərin üzü,
Yenə unutmuşam gecə-gündüzü.
Ürək dərdə məhkum — qorxuram düzü,
Dönməsəm arxamca ağlama, ana!

Üzü dönüb dərənin də, dağın da,
Zindana bax zamanın ayağında.
Yorulmuşam ömrün bahar çağında,
Dönməsəm arxamca ağlama, ana!

Son yarpağam, külək vurur əsirəm,
Çarəsizəm, öz bəxtimdən küsürəm.
Zaman durğun, mən isə tələsirəm,
Dönməsəm arxamca ağlama, ana!

Nələr keçir gözlərimin önündə,
Bütün yollar ümidsizlik yönündə.
Dönəcəyəm günlərin bir günündə,
Dönməsəm arxamca ağlama, ana!

Daşkəsənə düşür ağır xatirə,
Nə çəkirəm bilsəydin sən bircə.
Dönməsəm də ümid var hər gecə,
Dönməsəm arxamca ağlama, ana!

Afiq Ağdamlı

Ağdamın yolları yaman dumandır

Alışıb yanaram içimdə, ana,
Fəryadım çatmır böyük cahana.
Həyat qısa olub, fani zamandır,
Ağdamın yolları yaman dumandır.

23 ildir hamı qınayır bizi,
Açılmır dağların lalə-nərgizi.
Vətənsiz yaşamaq bizə haramdır,
Ağdamın yolları yaman dumandır.

Sənə ögeyləşib biz yad olmuşuq,
Hərəmiz bir yerdə yuva qurmuşuq.
Bilirəm ev-eşik daha talandır,
Ağdamın yolları yaman dumandır.

Biz sənin üçün doğma ola bilmədik,
Darda qoyub səni dada yetmədik.
Bizə etdiklərin haqqı haramdır,
Ağdamın yolları yaman dumandır.

Gündüzüm gecə tək olubdur qara,
Vətənsiz biz belə gedirik hara?
Qisas almaq üçün əsl zamandır,
Ağdamın yolları yaman dumandır.

Elxan Ağdamlı